Previous Next
Bağla

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022 15:40
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb   

“AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsinin icrası davam edir.

Xeberler.az bildirir ki, üç seqmentdən (Avropa, Azərbaycan və Asiya) ibarət iri miqyaslı layihənin Asiya seqmentini təşkil edən Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə “Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsi çərçivəsində layihənin operatorları - Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” şirkətləri birgə müəssisə yaradıblar. “Caspian Fiber Optic Company” birgə müəssisəsi “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinin tikintisi və istismarı ilə bağlı işlərin həyata keçirilməsinə xidmət edir.

Layihənin icrası çərçivəsində artıq beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırılması aparılıb, layihənin texniki tələbləri tərtib olunub, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb. Kabel marşrutlarının sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub. Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Sualtı kabel sisteminin reallaşdırılması dövlətlərarası sazişə müvafiq olaraq həyata keçirilir. “Transxəzər Fiber-Optik Kabel Xətti”nin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü isə 16 terabit/s-dən çox olacaq.

“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya seqmentini Avropaya bağlayacaq Azərbaycan hissəsində də icra işləri sürətlə davam edir. AzerTelecom şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində ölkə daxilində dəmir yollarının mühafizə zolağı boyunca Şimal, Cənub və Qərb istiqamətlərində fiber-optik kabel xətlərinin tikintisi reallaşdırılır. Layihənin icrası üçün tələb olunan fiber-optik kabel və digər texniki avadanlıqlar təchiz olunub, ümumi uzunluğu 1000 km-dən çox olan kabel şəbəkəsinin tikintisinin artıq 110 km hissəsi (10%-dən çox) icra olunub. Tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır.

“Rəqəmsal İpək Yolu” layihəsinin icrasının müxtəlif mərhələlərinə “Detecon Consulting”, “DLA Piper”, “Axiom”, “PwC” və s. nüfuzlu beynəlxalq konsaltinq şirkətləri cəlb olunub.

Layihənin icrası ölkəmizin beynəlxalq imicinin, biznes mühitinin, iqtisadi inkişaf göstəricilərinin və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşmasına töhfə verəcək, Asiya ilə Avropa arasında çoxterabitli həcmdə məlumatların ötürməsini təmin edəcək.

Layihə 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

“AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə